AZ

FUAD ƏLƏSGƏROV DAHA O TƏDBİRLƏRƏ QATILMIR... - “Köhnə qvardiya”nın etibarlı siması haradadır?

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov uzun müddətdir ictimaiyyət arasında görünmür. Onun səhhətində ciddi problemlər olduğu, bir müddət əvvəl əməliyyat keçirdiyi barədə məlumatlar var. Prezidentin köməkçisi son bir il ərzində hüquq-mühafizə orqanlarında keçirilən mühüm tədbirlərdə də iştirak etmir.

F.Ələsgərov sonuncu dəfə ictimaiyyət arasında 2023-cü il aprelin 4-də görünüb. O, Prezident Aparatının (PA) rəhbəri Samir Nuriyevlə birlikdə Ali Məhkəməyə yeni sədr təyin edilmiş İnam Kərimovun kollektivə təqdim edilməsi mərasimində iştirak edib.

Bir qayda olaraq hüquq-mühafizə orqanlarında yüksək vəzifələrə təyinatlar aparılarkən yeni kadrların kollektivə təqdim olunması F.Ələsgərov tərəfindən həyata keçirilib. Məsələn, o, 01.05.2020-ci il tarixində yenə PA rəhbəri Samir Nuriyevlə birlikdə Baş prokuror Kamran Əliyevi prokurorluq orqanlarının rəhbərliyinə təqdim edib.

Seçilən
6
1
azpolitika.info

7Mənbələr