AZ

Mikel Arteta “Arsenal”la ən yaxşı məqamını açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın sükanı arxasında keçirdiyi 200 oyunda ən yaxşı məqamını açıqlayıb.

Arena.az BBC-yə istinadən, 42 yaşlı ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hər şey çox tez ötüb keçdi. Yəqin ki, ilk məqam – burada əyləşdiyim ilk günümdür. Bir çox digər məqamlar da var, amma bir gecə bunların hamısından əla idi, çünki biz bunu bacarmışdıq. Qəniməti qazanmışdıq, İngiltərə Kubokunu”, deyə Arteta məmnunluqda xatırlayıb.

Mikel Arteta “Arsenal”ın sükanı arxasına 2019-cu ilin dekabrında keçib. Bundan əvvəl, ispan mütəxəssis həmyerlisi, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb. İspan mütəxəssisin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Arteta “Arsenal”ı 273 oyuna çıxarıb, 165 qələbə sevinci, 44 heç-heçə toxtaxlığı və 64 məğlubiyyət acısı yaşayıb. İspan mütəxəssisin “topçular”ı rəqib qapılarına 540 top vurublar, öz qapılarında isə 286 qol görüblər.

Arteta “Arsenal”ın sükanı arxasında ilk mövsümdəcə İngiltərə Kubokunu (2019/2020) və iki dəfə İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazanıb.

Mikel Artetanın “Arsenal”ı Premyer Liqanın 27 turundan sonra 54 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
33
arena.az

1Mənbələr