Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qısa vaxtda stadionda çalışmalar start götürəcək. Tikintisi bu il üçün nəzərdə tutulan arenada gələn aydan işlərin başlanması gözlənilir.
Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Martın sonunda isə həmin vəsaitin ayrılacağı gözlənilir.
Xatırladaq ki, stadion UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. Arena 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olacaq.