AZ

Qurban Qurbanov: “Oyun başlayandan bizə qarşı aqressiv idilər”

Azərbaycan Premyer Liqasının XXVI turunda  baş tutan “Araz-Naxçıvan” – “Qarabağ” (1:3) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə isə təşəkkür edirəm. Vacib 3 xal qazandıq.

– Oyunda baş verən qalmaqalla bağlı fikirləriniz maraqlıdır…

– Fikir bildiriləsi bir şey yoxdur. Sadəcə oyun başlayandan oyunçular bizə qarşı aqressiv idilər. Həmin aqressiya sonda belə hadisəyə çevrildi. Futbolda belə hallar olur. İstəməzdim olsun, amma oldu. Edəcək bir şey yoxdur. Bura futbol meydanıdır. Əl-qol atmaq, nalayiq sözlər işlətmək… Nə bilim…

– Əvvəlki Kadi Borges daha təcrübəliydi yoxsa indiki?

– Onsuz yaş keçdikcə təcrübə artır. İki çempionatda iştirak etməsi, əlbəttə, istənilən oyunçunun xeyrinədir.

– “Qarabağ”dan çoxlu – ən azı 4-5 transfer gözlənilir. Yayda bu gözlənti özünü doğruldacaq?

– Ola bilər. Futbolçu insandır. Klubla müqavilələri olur. İstənilən vaxt köhnələrlə yolları ayırıb, yeniləri gətirmək olmur. Buna görə də söz verə bilmərəm ki, bu 3-5-7 olacaq. Ancaq mütləq ki, transferlər olacaq.

– Növbəti mövsüm Premyer Liqaya 3 klub gələcəyini nəzərə alsaq, çempionatın daha gərgin keçəcəyini gözləyirsiz, yoxsa limitin ləğv edilməsinə görə daha asan?

– Bilmirəm. Hər bir halda fərq olacaq. Amma necə olacaq, onu bilmirəm. Ən azından fərqli komandalara qarşı oynayacayıq. Bəlkə çempionat daha da aktivləşsin.

– Siz daima daha çox oyunun tərəfdarısız. Lakin növbəti mövsüm 3 tur az olacaq. Bunun sırf “Qarabağ”a bir təsiri olacaqmı?

– Xeyr, inanmıram. Çünki heç də say az deyil. Hələ avrokuboklarda da oynasaq, bu, az deyil. Əsas keyfiyyətdir. Onda inkişaf daha tez olacaq.

Mirkamal Kazım

Seçilən
17
futbolpress.az

1Mənbələr