AZ

Lukaku: “İngiltərədə məni düzgün qəbul etmirdilər”

“Napoli”nin belçikalı mərkəz hücumçusu Romelu Lukaku özü haqda söhbət açaraq, çəkisi, qidalanması, əməksevərliyi haqda danışıb.

Arena.az “Goal” dərgisinin “Corriere dello Sport” nəşrinə istinadı əsasında, belçikalı futbolçunun bu barədə fikrini təqdim edir:

“İnter”də mənim çəkim 101 kq idi, burada “Napoli”də isə – 99 kq. Mənim mükəmməl çəkim isə 102 kq təşkil edir. Mən heç vaxt səhərlər qidalanmıram, sərt pəhriz gözləyirəm. İngiltərədə məni düzgün qəbul etmirdilər. Orada məni tənbəl hesab edirdilər. Mən isə heç vaxt üzərimə bu qəbildən hücumlara, tənqidə qarşılıq vermirdim.

Çox az danışıram, sadəcə xüsusların baş verməyinə icazə verirəm. Mən, öz işimi görən, sonra isə evə öz uşaqlarının yanına gedən biriyəm. İtaliyda mənim haqqımdakı fikir tamamilə fərqlidir. Burada məni əməksevər hesab edirlər”, deyə belçikalı futbolçu vurğulayıb.

Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Lukaku “Napoli” üçün keçirdiyi 27 oyunda 9 qol vurub və 8 məhsular ötürmə verib.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 120 oyun keçirib, 85 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
26
arena.az

1Mənbələr