AZ

Alleqri "Milan"a dönür?

"Milan" yayda yeni baş məşqçi ilə əməkdaşlıq etmək arzusundadır.

İdman.biz xəbər verir ki, komandaya Massimiliano Alleqri rəhbərlik edə bilər.

Hazırki məşqçi Serjio Konseysaonun komandadakı gələcəyi sual altındadır. Portuqaliyalı mütəxəssislə futbolçular arasında münasibət ürəkaçan deyil. "Milan" rəhbərliyi qalib məşqçi ilə işləməyi planlaşdırıb.

Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə "Milan"a başçılıq edib. Komanda təcrübəli mütəxəssisin rəhbərliyi ilə İtaliya çempionu və Superkuboku titullarını qazanıb.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr