AZ

Bakıda "Her Art in Action: Free to Dream" adlı sərgi açılıb

Azərbaycan Rəssamlar İttifaqında “Her Art in Action: Free to Dream” adlı sərginin açılışı olub.

"Report" xəbər verir ki, sərgi Niderlandın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Sərgidə açıq müsabiqə yolu ilə seçilmiş 23 azərbaycanlı rəssamın, həmçinin üç beynəlxalq rəssamın və beynəlxalq kuratorun əsərləri nümayiş etdirilir. Rəssamlıq, video və instalyasiyaların yer aldığı sərgi bədii yanaşmanın geniş spektrini əks etdirir.

Sərgi şəxsi təcrübələrdən, sosial kontekstlərdən və mədəni normalardan təsirlənən təxəyyülün həm imkanlar, həm də məhdudiyyətlər üçün necə bir məkan rolunu oynadığını göstərmək məqsədi daşıyır.

Tədbiri giriş sözü ilə açan Niderlandın Bakıdakı səfiri Pauline Eyzema ölkəsinin xarici siyasətində gender bərabərliyinə xüsusi önəm verdiyini vurğulayıb.

"Qadınlarla bağlı xarici siyasətin bütün aspektləri Bakıdakı səfirliyimizin işində də öz əksini tapıb. Bu sərgi bizim üçün vacibdir, çünki burada qadın rəssamlar öz yaradıcılıq potensiallarını və arzularını ifadə edirlər. Burada onlara bədii ekspressionizmin nəhəng potensialını işıqlandıraraq, təsəvvür etmək və yaratmaq azadlığı verilir", - diplomat bildirib.

Qeyd edək ki, sərgi martın 9-dan aprelin 6-dək açıq olacaq.

Seçilən
10
report.az

1Mənbələr