AZ

Nepalda zəlzələ baş verib

Nepalda 5,1 maqnitudalı zəlzələ baş verib.

Nepalın Lobuçe rayonu yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) ölkənin Lobuche bölgəsindən 98 kilometr şimal-şərqdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Açıqlamada maqnitudası 5,1 olan zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.

Zəlzələdən sonra verilən ilkin məlumata görə, ölən və yaralananlarla bağlı ölkə mətbuatında heç bir məlumat yayılmayıb.

Dünyanın ən yüksək dağlarının yerləşdiyi bölgədə tez-tez zəlzələlər baş verir.

Seçilən
14
operativmedia.az

1Mənbələr