AZ

Elnarə Akimova şəhidin ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı Elnarə Akimova şəhid ailəsini ziyarət edib.

Turkustan.az Yeni Gundem-a istinadən xəbər verir ki, deputat Şəhid Nəsibov Elmarın ailəsinə baş çəkib anasını 8 Mart bayramı münasibətilə təbrik etdi.

Deputat Elnarə Akimova qeyd edib ki, “Sürəyya ana tək oğlunu itirib müharibədə. Elmar Nəsibov “şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayperçi, kəşfiyyatçı, gizir olub. 2020-ci il, oktyabrın 13-də Füzuli uğrunda döyüşlərdə şəhid olub. Getdim ki, ananın yaralı qəlbinə azacıq olsa təsəlli olum. Ruhunu, könlünü azacıq da şadlandırım. Sürəyya ana oğlunun xatirələrindən, döyüş yolundan danışdı, şəkillərlə bəzədiyi bu otağın içində xatirələrə sığınıb yaşadığını bildirdi bu mərd qadın! Allah vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Onlardan geriyə kim qalıbsa başımızın tacıdır, bu yurda, bu xalqa, bu dövlətə əmanətdir!”

Seçilən
26
2
turkustan.az

3Mənbələr