Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
Msport.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
Lider “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olub. “Liv Bona Dea Arena”da baş tutan matçda qonaqlar 3:1 hesablı qələbə qazanıb.
Halbuki görüşdə hesabı ev sahibləri açıb. “Araz-Naxçıvan”ın heyətində 35-ci dəqiqədə Felipe Santos fərqlənib. “Qarabağ”ın qollarının müəllifləri isə Nəriman Axundzadə (44), Leandro Andrade (77) və Emmanuel Addai (90+6) olub.
Bu qalibiyyətdən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşır. Üçüncü olan “Araz-Naxçıvan”ın isə aktivində 46 xal var.
Qeyd edək ki, turun digər matçları martın 9-da və 10-da keçiriləcək.