AZ

Mərdəkanda kütləvi dava - "Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları bir-birini yumruqladı!

Misli premyer-liqasının 26-cı turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında ciddi münaqişə yaşanıb.

"Football-plus.az"ın məlumatına görə, hadisə oyunun 81-ci dəqiqəsində baş verib.

Belə ki, Yassin Benzya Felipe Santosla təkbətək mübarizədə qalib gəldikdən sonra rəqibi qıcıqlandıracaq davranışa yol verib. Daha doğrusu, yerdə qalan futbolçunun üzərinə qışqıraraq xoşagəlməz jestlər edib. Belədə hisslərini cilovlaya bilməyən Karlos Jatoba Benzyaya hücum çəkib. Ardınca ayağa qalxan Santos da "köhlən atlar"ın oyunçusunun üzərinə şığıyıb. Nəticədə onlar münasibətləri dialoqla yox, yumruqlarla aydınlaşdırmaq istəyib.

Davaya hər iki komandadan başqa futbolçular da qoşulub.
Kütləvi davanın daha da böyüməsinə ədalət təmsilçisinin və digər oyunçuların səyləri əngəl olub. Matçın baş hakimi Kamal Umudlu Felipe Santosu qırmızı, Karlos Jatoba, Bəxtiyar Həsənalızadə, Yassin Benzya, Musa Qurbanlı və Marko Yankoviçi isə sarı vərəqəylə cəzalandırıb.

Xatırladaq ki, matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsiylə sona çatıb.

KƏNAN BAHADIR

Seçilən
31
football-plus.az

1Mənbələr