AZ

Terroru başımızdan dəf edəcəyik - Ərdoğan

Bakı, TurkicWorld

Terrorun qaranlıq və qanlı kölgəsi ölkəmizdən və bölgəmizdən çəkiləcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Mart Dünya Qadınlar Günü münasibətilə Haliç Konqres Mərkəzində keçirilən iftar proqramında etdiyi çıxışda yer alıb.

Ərdoğan çıxışında terrorla mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb. O bildirib ki, Türkiyə terror bəlasını tamamilə aradan qaldırmaq üçün əlindəki bütün imkanlardan istifadə edəcək. Terrorun qaranlıq və qanlı kölgəsinin ölkədən və bölgədən çəkiləcəyi, qardaşlığın və sabitliyin hakim olacağı günlərin birlikdə şahidi olacaqlarını qeyd edib.

O, Türkiyənin gələcəyi və müstəqilliyi uğrunda şəhid olan bütün qadınlara Allahdan rəhmət diləyərək, Türkiyə üçün şüurlu və hörmətli övladlar böyüdən bütün anaların əllərindən öpdüyünü bildirib.

Seçilən
28
turkic.world

1Mənbələr