...Xloroflorokarbonların qadağası Yerin ozon təbəqəsindəki dəliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib və onun tamamilə yox olmasına ümid var.
SİA-nın məlumatına görə, bu, amerikalı alimlərin “Nature” jurnalında dərc olunan araşdırmasında gəldiyi nəticədir. Planetin ətrafındakı stratosferdə 15-50 kilometr hündürlükdə yerləşən ozon təbəqəsi Yeri təhlükəli ultrabənövşəyi şüalardan qoruyur.Ancaq 1985-ci ildə elm adamları Antarktidadan yuxarıda nəhəng bir dəliyin əmələ gəldiyini aşkar ediblər. Araşdırmalar göstərib ki, xloroflorokarbonlar ozona mənfi təsir göstərir. 1987-ci ildə Monreal Protokolu imzalandı və bu birləşmələrin tədricən çıxarılmasına başlandı.
Massaçusets Texnologiya İnstitutundan Peidong Wang-ın rəhbərlik etdiyi bir araşdırma, xlorfluorokarbonların mərhələli şəkildə ləğv edilməsinin Yerin ozon təbəqəsinə təsirini araşdırdı.
...Ozon təbəqəsinin bərpası əlamətləri Monreal protokoluna uyğun olaraq süni ozon dağıdan maddələrin istifadəsinin azaldılmasından sonra qeydə alınıb.
Bunu alimlər bildiriblər.
Ozon təbəqəsinin xloroflorokarbonsuz, istixana qazları olmadan və bütün amillərin dəyişməz qalması ilə bağlı bir neçə ssenarisini müqayisə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, vəziyyət məhz süni ozon məhv edən maddələrin olmaması səbəbindən yaxşılaşır.
Eyni zamanda, tədqiqat müəlliflərinin fikrincə, ozon təbəqəsinin tam bərpası 2035-ci ilə qədər başa çatdırıla bilər.
Əli Babayev