AZ

Yerə güclü maqnit qasırğası yaxınlaşır - Nə etməli?

"Meteohəssas insanlar bu təsiri artıq 9 mart gecəsindən hiss edəcək..."
 
Maqnit qasırğaları mütəmadi olaraq meteohəssas insanlara narahatlıq yaradır. Martın əvvəlində Günəş aktivliyini araşdıran alimlər onun səthində sakitlik qeydə alıb. Sonuncu böyük M sinifli alışma martın 7-də baş verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "almaty.tv" nəşri məlumat yayıb.
 
Qeyd edilir ki, hazırda alışma aktivliyi "sarı" səviyyədədir və 10 ballıq şkala üzrə 4, 4 balla qiymətləndirilir. Lakin 9 mart gecəsi geomaqnit aktivliyinin güclənməsi gözlənilir. Gecə yarısından etibarən Yerin maqnit sahəsinin həyəcan səviyyəsi Kp- indeksi üzrə 4 bala yüksələcək.
 
Astana vaxtı ilə səhər saat 8-də geomaqnit dalğalanmalarında yenidən güclənmə baş verəcək. Alimlərin proqnozuna görə, maqnit sahəsinin sakit qalma ehtimalı cəmi 19 faizdir. Geomaqnit dəyişikliklərin başvermə ehtimalı 25 faiz, güclü maqnit qasırğası ehtimalı isə 56 faiz olaraq qiymətləndirilir.
 
Maqnit fırtınalarının təsiri nə qədər davam edəcək?
 
Yaxın günlərdə Yerin maqnit sahəsi qeyri-sabit qalacaq. 9-12 mart tarixlərində geomaqnit dalğalanmaları gözlənilir, martın 10-da isə xüsusilə güclü maqnit qasırğası baş verəcək.
 
Ayın sonunda da oxşar hallar müşahidə olunacaq- 27 martda alimlər maqnit aktivliyinin "qırmızı" səviyyəyə çatacağını proqnozlaşdırır. Yerin maqnit sahəsinin normallaşması yalnız 29 martda gözlənilir.
 
Dünya üzrə milyonlarla insan mütəmadi olaraq maqnit qasırğalarının təsirinə məruz qalır. Həkimlərin hesablamalarına görə, Yer kürəsinin 20-30 faizi meteohəssas insanlardan ibarətdir. Ən çox təsirə məruz qalanlar 50 yaşdan yuxarı şəxslər, xüsusən də xroniki xəstəlikləri, ürək və qan təzyiqi problemləri olanlardır.
 
Maqnit qasırğalarının təsirindən necə qorunmaq olar?
 
Mütəxəssislər maqnit fırtınalarının sağlamlığa təsirini azaltmaq üçün zərərli vərdişlərdən uzaq durmağı və sağlam həyat tərzi keçirməyi tövsiyə edir. Nevropatoloq Yuliya Karakulovanın fikrincə, sağlam və aktiv həyat tərzi keçirən insanlarda atmosfer dəyişiklikləri ciddi təsir yaratmır.
 
Həkimlər meteohəssas insanlara aşağıdakı məsləhətləri verir:
 
- Yuxu rejimini qorumaq və kifayət qədər yatmaq;
 
- Həddindən artıq yorulmamaq və istirahətə vaxt ayırmaq;
 
- Sağlam və balanslı qidalanmaq;
 
- Kifayət qədər su içmək;
 
- Daimi idmanla məşğul olmaq.
 
Bu qaydalara əməl etmək orqanizmi tonusda saxlayaraq maqnit qasırğalarının təsirini minimuma endirməyə kömək edə bilər.
 
Əgər sağlam həyat tərzi də fayda vermirsə, terapevtə müraciət etmək tövsiyə olunur. Çünki meteohəssaslıq bəzi hallarda gizli xroniki xəstəliklərin simptomu ola bilər və müalicə üçün tibbi yardıma ehtiyac ola bilər.
Seçilən
28
moderator.az

1Mənbələr