AZ

Salah Aqueroya çatdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah bu gün “Sauthempton”a 3:1 hesabı ilə qalib gəldiləri oyunda dubl edib.

Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqasındakı qollarının sayını 184-ə çatdıran misirli forvard “Mançester Siti”nin sabiq futbolçusu Aqueroya çatıb. Salah Premyer Liqanın bütün zamanların bombardirləri siyahısında ilk beşliyə daxil olmağı bacarıb.

Hazırkı vəziyyət belədir: 1. Alan Şirer – 260 qol,  2. Harri Keyn – 213 qol,  3. Ueyn Runi – 208 qol,  4. Endi Koul – 187 qol,  5-6. Məhəmməd Salah – 184 qol 5-6. Serxio Aquero – 184 qol.

Seçilən
19
futbolpress.az

1Mənbələr