AZ

Sui-qəsd düşüncəsi ilə necə mübarizə aparmaq olar..?

...Annenberg İctimai Siyasət Mərkəzinin tədqiqatçıları sui-qəsd düşüncəsinin COVID-19 peyvəndinə münasibətə necə təsir etdiyini təhlil ediblər. Tədqiqat nəticəsində məlum olub ki, sui-qəsd nəzəriyyələrinə daha çox inanan insanlar peyvəndlərin təhlükələri ilə bağlı dezinformasiyanı daha çox qəbul edir və onların peyvənd olunma ehtimalı daha azdır. SİA-nın məlumatına görə, bununla bağlı material Frontiers in Communication jurnalında dərc olunub.

Pandemiyanın üç ili ərzində tədqiqatçılar ABŞ əhalisinin müxtəlif qruplarında sui-qəsd düşüncəsinin səviyyəsini ölçmək üçün sorğular keçiriblər.

Onlar bunun peyvənd haqqında dezinformasiyaya inamla birbaşa əlaqəli olduğunu aşkar etdilər.

Alimlər medianın təsirini də qeyd ediblər: sui-qəsd nəzəriyyəsi olan insanlar mühafizəkar xəbər resurslarını daha çox izləyirdilər. Bununla belə, bəzi qruplarda peyvəndlərə qarşı müqavimət aradan qaldırıla bilər.

Məsələn, peyvəndafroamerikalıların icma liderləri tərəfindən dəstəklənirdisə, bu zaman icma üzvləri peyvənd olunmağa tələsirdilər.

Bənzər bir tendensiya respublikaçılar arasında da müşahidə edildi: əgər partiyaları onun faydaları barədə danışsalar, onlar peyvəndi almağa daha çox razı idilər.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, dezinformasiya ilə mübarizə aparmaq üçün sadəcə olaraq yalan məlumatı təkzib etmək kifayət deyil. Sui-qəsd düşüncəsinə meyilli insanlar rəsmi mənbələrə və KİV-ə etibar etmirlər.

Buna görə də, onların münasibətini dəyişmək üçün etibar etdikləri insanların – sosial və ya siyasi qrupun nümayəndələrinin mesajları vacibdir.

Nazlı Aılmuradova

Seçilən
10
sia.az

1Mənbələr