Azərbaycan güləş tarixində bir ilk yaşanacaq. 

Offsideplus.az xəbər verir ki, ilk dəfə Astara Olimpiya İdman Kompleksində qadın güləşi üzrə 15 və 17 yaşarası ölkə birinciliyi baş tutacaq. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qeyd edək ki, yarış aprelin 19-da baş tutacaq.

Xatırladaq ki, daha öncə sərbəst və yunan-Roma güləşi üzrə Gəncədə kişilər arası U15 ölkə birinciliyi keçirilmişdi.