FİFA prezidenti Canni İnfantino ABŞ millisinin Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatında qalib gəlmək şansının olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, beynəlxalq futbol təşkilatının rəhbəri bu barədə "beIN Sports"-a açıqlamasında belə deyib.
Turnirin favoritlərindən danışan İnfantino güclü komandaların adını çəkib: "Ənənəvi olaraq, Argentina, Braziliya, İngiltərə, Almaniya və İspaniya favoritlərdir. Bununla belə, ABŞ-nin də kubok uğrunda mübarizə aparmaq şansı var. Amerika komandasında top-klublarda çıxış edən yaxşı oyunçular var. Bundan başqa, azarkeşlərin dəstəyi də əsas rol oynaya bilər".
DÇ-2026 48 komandanın iştirak edəcəyi və üç ölkədə keçiriləcək tarixin ən böyük yarışı olacaq.
Mirağa