AZ

"Təmizqaz QSC" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA

Təmizqaz QSC

Baş hüquqşünas

Son tarix 07 apr 2025 - [email protected]

İş barədə məlumat:

  • Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ, Korporativ hüquq sahələrini yaxşı bilmək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirmək;
  • Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
  • Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək,
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
  • Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
  • Səhmdarların Ümumi Yığıncağının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək;

Namizədə tələblər:

  • 25 - 40 yaş arası namizədlər;
  • Ali təhsil (Hüquqşünaslıq xtisası üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı ;
  • Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı;
  • Kompyuter bilikləri PC və ofis proqramlarını istifadə edə bilməli. Excel və Power Point proqramlarından yaxşı istifadə edə bilməli

İş haqqında:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: I-V günlər, tam iş vaxtı;
  • Həftədə 2 gün istirahət;
  • Əməkhaqqı 1500-2000 AZN
Seçilən
17
fed.az

1Mənbələr