Təmizqaz QSC
Baş hüquqşünas
Son tarix 07 apr 2025 - [email protected]
İş barədə məlumat:
- Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ, Korporativ hüquq sahələrini yaxşı bilmək;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirmək;
- Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
- Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;
- Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək,
- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;
- Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;
- Səhmdarların Ümumi Yığıncağının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək;
Namizədə tələblər:
- 25 - 40 yaş arası namizədlər;
- Ali təhsil (Hüquqşünaslıq xtisası üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı ;
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı;
- Kompyuter bilikləri PC və ofis proqramlarını istifadə edə bilməli. Excel və Power Point proqramlarından yaxşı istifadə edə bilməli
İş haqqında:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: I-V günlər, tam iş vaxtı;
- Həftədə 2 gün istirahət;
- Əməkhaqqı 1500-2000 AZN