AZ

İmişlidə üç nəfər dəm qazından boğularaq ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib



İmişli rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
88
1
newscenter.az

1Mənbələr