Suriya İctimai Təhlükəsizlik Departamentinin bölmələri martın 6-dan bəri silahlı toqquşmaların baş verdiyi Latakiya və Tartus rayonları ilə həmsərhəd olan Hama vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərində qüvvələrini yerləşdirir.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.