Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kayserispor” – “Başakşəhər” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Antalyaspor” da “Rizəspor”u məğlub yola salıb. “Trabzonspor” isə doğma meydanda “Hatayspor”a uduzub.
27-ci turun qalan qarşılaşmaları martın 9-da və 10-da keçiriləcək.
Türkiyə, Super Liqa
27-ci tur
7 mart
Bodrumspor – Kasımpaşa 1:0
Qol: Fredi, 73.
8 mart
Kayserispor – Başakşəhər 3:1
Qollar: Mane, 44. Bahoken, 67. Kardozo, 72 – Keni, 89.
Antalyaspor – Rizəspor 2:1
Qollar: Qaiç, 90; 90+8 – Sou, 58.
Trabzonspor – Hatayspor 1:2
Qollar: Zubkov, 42 – G.Sağlam, 21. Massanqa Matondo, 65.
9 mart
14:30. Sivasspor – Göztəpə
17:00. Eyüpspor – Konyaspor
17:00. Samsunspor – Adana Dəmirspor
21:30. Alanyaspor – Qalatasaray
10 mart
21:30. Beşiktaş – Qaziantep