Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 24-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə “Krakovia” ilə qarşılaşıb. Oyunda "Radomiak" 2:1 hesabı ilə qalib gəlib.
Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Renat isə meydana 54-cü dəqiqədə Roberto Alveşin əvəzinə çıxıb. O, 90+1-c dəqiqədə fərqlənib.
Renat bununla da yeni komandası ilə ardıcıl 2-ci matçında da qol vurmuş olub.
Qeyd edək ki, “Radomiak” hazırda turnir cədvəlində 28 xalla 12-cidir.
Polşa Ekstraklasası, 24-cü tur
8 mart
"Krakovia" – "Radomiak" - 1:2
Qollar: Mayqard, 12 - Volski, 51, Dadaşov, 90+1