AZ

Kamala Harris QƏRAR VERDİ - Geri dönmək istəyir

Bu gün, 00:47

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyi ciddi şəkildə düşünür və qərar vermək üçün özünə son tarix açıqlayıb.
reportyor.tv xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.
Bildirilir ki, Kaliforniyada qubernator seçkiləri 2026-cı ilə təyin edilib. Oskardan öncə keçirilən ziyafətdə tədbirin iştirakçılarından biri Harrisdən Kaliforniya qubernatorluğuna namizəd olub-olmayacağına nə vaxt qərar verəcəyini soruşub. O dəqiq cavab verib: bu il yayın sonunda.
Hazırda bu vəzifəni səlahiyyət müddəti 2027-ci ilin əvvəlində başa çatacaq Gavin Newsom tutur.

Seçilən
28
1
Reportyor.tv

2Mənbələr