Bakı. Trend:
Almaniyanın Şlezviq-Holştayn federal torpağında dörd avtomobiliniştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verirki, DPA agentliyinin hüquq-mühafizə orqanlarına istinadən yaydığıməlumata görə, tıxacda avtomobillərin toqquşması nəticəsində 13nəfər yaralanıb.
Xəsarət alanlardan doqquzu xəstəxanaya yerləşdirilib. Onlarınvəziyyəti barədə hələlik məlumat verilməyib.