AZ

“Barsa”nın oyunu bu səbəbdən təxirə salındı

Bu gün keçirilməli olan İspaniya Primerasının 27-ci turunun “Barselona” – “Osasuna” oyununun təxirə salınmasının səbəbi bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Qeyd olunur ki, matçın təxirə salınmasına səbəb “Barselona”nın tibb heyətinin üzvünün ölümü ola bilər. Barselonadakı “Olimpik Lluis Companys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-a təyin edilmişdi.

“Barselona” İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda 26 oyunda 57 xal toplayıb.

Seçilən
5
publika.az

1Mənbələr