AZ

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.
Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.
Seçilən
37
50
oxu.az

10Mənbələr