Martın 8-də qəfil dünyasını dəyişən "Barselona"nın həkimi Karles Minaryo Qarsiyanın 40 yaşı var imiş.
Offsideplus.az xəbər verir ki, o, 2017-ci ildən Kataloniya klubunda çalışırmış.
Bundan öncə Qarsiya Barselona vilayətinin Sant-Kuqat şəhərinin idman mərkəzində, eləcə də aşağı divizionda yarışan "Sabadell" futbol klubunda işləyib.
Həkimin qəfil ölüm xəbərini "Barselona"nın prezidenti Xuan Laporta futbolçulara bu gecə "Osasuna"ya qarşı keçirilməli olan matçdan öncə soyunub-geyinmə otağında çatdırıb.Futbolçu və məşqçi heyəti şok vəziyyətinə düşdüyünə görə matçın təxirə salınmasını xahiş edib.
"Barselona" və "Osasuna" rəsmilərinin razılığı əsasında qarşılaşma start fiinə təxminən 40 dəqiqə qalmış qeyri-müəyyən müddətə təxirə düşüb.