AZ

Bundesliqa: “Bayern” də uduzdu, “Bayer” də

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Frayburq” – “Leypsiq” matçında qapılara qol vurulmayıb. Dörd qolluq “Holştayn” – “Ştutqart” görüşündə, eləcə də “Volfsburq” – “Sankt Pauli” oyununda qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı bu turda evdə “Auqsburq”a məğlub olub. Ötən mövsümün qalibi “Bayer” də “Verder”lə ev oyununda 2 cavabsız qolla uduzub. Lider “Bayern” də hesabat turunu xalsız başa vurub. Münhen təmsilçisi beş qolun qeydə alındığı “Boxum”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
25-ci tur
7 mart

Borussiya (Mönhenqladbax) – Maynts 1:3
Qollar: Layner, 73 – Nebel, 39. Köhr, 49. Amiri, 77.

8 mart

Bayer – Verder 0:2
Qollar: Şmid, 7. Njinma, 90+4.

Bayern – Boxum 2:3
Qollar: R.Gerrero, 14; 28 – Mediç, 31. Sissoko, 51. Bero, 71.

Borussiya (Dortmund) – Auqsburq 0:1
Qol: Qaueleu, 23.

Holştayn – Ştutqart 2:2
Qollar: Skribski, 30; 46 – Levelinq, 15. Demiroviç, 55.

Volfsburq – Sankt Pauli 1:1
Qollar: Amura, 70-pen – Van der Heyden, 38.

Frayburq – Leypsiq 0:0

9 mart

18:30. Ayntraxt – Union Berlin
20:30. Hoffenhaym – Haydenhaym

Seçilən
64
arena.az

1Mənbələr