Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Parma” – “Torino” matçında qalib müəyyənləşməyib. “Komo” – “Venesiya” matçında da heç-heçə qeydə alınıb. Beş qolun qeydə alındığı “Leççe” – “Milan” matçı qonaqların əzmkar qələbəsiylə yekunlaşıb. “İnter” isə evdə “Montsa”ya qalib gəlib.
28-ci turun qalan görüşləri martın 9-da və 10-da keçiriləcək.
İtaliya, A Seriyası
28-ci tur
7 mart
Kalyari – Cenoa 1:1
Qollar: Viola, 18 – Korne, 47.
8 mart
Komo – Venesiya 1:1
Qollar: İkone, 49 – Qyutker, 90+5-pen.
Parma – Torino 2:2
Qollar: Pelleqrino, 60; 82 – E.Elmas, 19. Ç.Adams, 72.
Leççe – Milan 2:3
Qollar: Krstoviç, 7; 59 – Qallo, 68-öz qapısına. Pulişiç, 73-pen; 81.
İnter – Montsa 3:2
Qollar: Arnautoviç, 45+1. H.Çalhanoğlu, 64. Kiriakopulos, 78-öz qapısına – Birindelli, 32. Balde, 44.
9 mart
15:30. Verona – Bolonya
18:00. Napoli – Fiorentina
21:00. Empoli – Roma
23:45. Yuventus – Atalanta
10 mart
23:45. Latsio – Udineze