AZ

Sürücüsüz “Maserati” sürətdə yeni dünya rekordu vurdu

İtaliyanın "Maserati" şirkətinin mühəndisləri Milan Politexnik Universitetinin tədqiqatçıları və “İndy Autonomous Challenge” (IAC) mütəxəssisləri ilə birlikdə “Maserati MC20” sportkarının avtonom idarə olunması üçün proqram təminatı hazırlayıblar.

Axar.az İtaliya mediasına istinadla xəbər verir ki, yeni idarəetmə sistemi sayəsində avtomobil sükan arxasında sürücü olmadan yeni dünya rekordu vuraraq, saatda 318 kilometr sürətə çatıb.

MC20-nin maksimal sürəti saatda 325 kilometrdir. Yəni süni intellekt MC20-nin maksimal sürətindən çox az geri qalır.

Seçilən
46
axar.az

1Mənbələr