AZ

Azərbaycanda yeni tikilən möhtəşəm stadiondan VİDEO+FOTOLAR

Gəncə stadionunda görülən işlər III MDB Oyunlarının başlayacağı tarixə qədər tam yekunlaşacaq.

Sportinfo.az xəbər verir ki, "report"un Qərb bürosunun məlumatına görə, bunu Gəncə Daşkəsən Regional İdman İdarəsinin rəisi Elvin Quliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibədə Gəncə şəhər stadionunda görülən işlərlə bağlı danışarkən deyib.

Qurum rəsmisi stadionun 15 min 400 nəfər tamaşaçı tutumuna malik olacağını bildirib:

"III MDB Oyunlarının açlış və bağlanış mərasimi keçiriləcək stadion tam müasir tələblərə cavab verəcək və 15 min 400 tamaşaçı tutumuna malik olacaq.

Həmçinin MDB Oyunlarının bir hissəsi Gəncə İdman Sarayında baş tutacaq. Burada 8 idman növü üzrə yarışlar keçiriləcək.

Sarayın azarkeş tutumu 2 min 200 nəfərdir və böyük zalda basketbol, futbol, voleybol, həmçinin digər oyunlar baş tutacaq.

Gəncə İdman Sarayında VİP bölmələr də fəaliyyət göstərir. Atıcılıq və üzgüçülük bölməsi dünya standartlarına cavab verir”.

Şəhərin mərkəzi stadionu 1964-cü ildə istifadəyə verilib. İdman qurğusu zamanla baxımsız vəziyyətə düşdüyündən Prezident İlham Əliyevin sərəncamı ilə yenidən inşa edilir.

Seçilən
27
sportinfo.az

1Mənbələr