AZ

Miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəldilər

Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosial İttifaqı (XSİ) blokları ilə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) ölkənin miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə XDİ sədri Fridrix Merts “Phoenix” yutub kanalında yayımlanmış mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, tərəfdaşlar qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün hüquqi alətləri genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. Bundan başqa, XDİ/XSİ Əfqanıstan da daxil olmaqla, qaçqınların könüllü qəbulu proqramlarını dayandırmaq və polisə geniş səlahiyyətlər vermək niyyətindədir. Bununla yanaşı, bəzi miqrantların ailələrini Almaniyaya gətirməsinə qadağa qoyulacaq.

Mertsin bəyanatı hakim koalisiya qurmaq üçün aparılan danışıqlardan əvvəl keçirilən ilkin məsləhətləşmələrin uğurla yekunlaşmasından sonra səsləndirilib. Məsləhətləşmələrdə Xristian-Sosial İttifaqının rəhbəri Markus Zöder və ASDP liderləri Zaskiya Esken və Lars Klinqbayl iştirak ediblər.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
23
1
Demokratikmusavat.com

10Mənbələr