AZ

Baş məşqçi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"

"Ən yaxşı oyunlarımız hələ qabaqdadır".

Sportinfo.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

“Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodın ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi.

Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”.

NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
48
sportinfo.az

1Mənbələr