AZ

Ünvanlı sosial yardımla bağlı TƏKLİF: Gəlir 285 manatdan aşağıdırsa...

Ünvanlı sosial yardım təyin edilərkən istismara yararsız avtomobillər nəzərə alınmır.

Titul.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. 

Deputat bildirib ki, 285 manat ehtiyac meyarı əsas götürülməlidir:

“Gəlirlər 285 manatdan aşağıdırsa, həmin adamlara ünvanlı yardım təyin etsinlər, həmin adamları get-gələ salmasınlar. Ünvanlı sosial yardım təyin olunması şərtlərinə yenidən baxılması ilə bağlı təkliflər Ombudsmanın illik məruzəsində də yer alıb”.

O qeyd edib ki, şəhid ailələri üçün indiyə qədər 15 mindən çox mənzil və fərdi ev tikilib, təhvil verilib: "Bu il və növbəti ildə siyahıda olan bütün şəhid ailələrinin mənzillə təmin edilməsi üçün imkan var".

"Qaldırmaq istədiyim digər məsələ 20 il hərbi xidmət keçən şəxslərin mənzillə təmin olunmasıdır. Belə ki, hazırda yalnız orduda xidmət keçən şəxslər mənzillə təmin edilirlər. Digər qoşun növlərində xidmət edənlərin də mənzillə təminatının önəmli olduğunu düşünürəm",- Əli Məsimli əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
38
4
titul.az

10Mənbələr