AZ

Almaniya gömrüyü İsveç vətəndaşından minlərlə Dubay şokoladı müsadirə edib

Bakı. Trend:

Almaniya gömrük orqanları İsveç vətəndaşından 13 minə yaxınDubay şokoladı müsadirə edib.

Trend xəbər verirki, "Der Spiegel"in məlumatına görə, 51 yaşlı şəxs ÇexiyadanAlmaniyaya daxil olarkən şokoladları gömrük orqanlarına bəyanetmədən keçirməyə çalışıb.

Axtarış zamanı onun avtomobilində yalnız Dubay şokoladı deyil,həm də 650 banka bal, müxtəlif kremlər, pastalar, saxta brend saatqutuları, geyim və ayaqqabılar tapılıb.

Şəxs malları Bolqarıstandan aldığını iddia etsə də, sənədlərdəonların Türkiyədən gətirildiyi qeyd olunub. O, idxal rüsumlarınıödəyə bilmədiyinə görə "Əmtəə Nişanı" və "Dərmanlar haqqında"qanunları pozmaqda, eləcə də vergi və rüsumdan yayınmaqda ittihamolunur.

Təkcə şokoladların qeyri-qanuni idxalına görə onu 10 min avro(təxminən 18 min 400 manat) cərimə gözləyir.

Seçilən
64
az.trend.az

1Mənbələr