AZ

La Liqa: Meydan sahiblərindən 3 xallıq start

İspaniya La Liqasında 27-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək tur təxirəsalmayla başlayıb. 

“Osasuna” ilə qarşılaşmalı olan “Barselona”nın oyunu keçirilməyib. Buna səbəb Kataloniya klubunun tibbi personalının üzvü Karles Minyarronun vəfat etməsi olub.

Beləliklə, ilk gündə 3 oyun baş tutub. Görüşlərin hamısında meydan sahibləri 3 xala sevinən tərəf olublar. “Selta” “Leqanes”ə, “Valensiya” “Valyadolid”ə, “Alaves” də “Vilyarreal”a qalib gəlib.

İspaniya La Liqası
27-ci tur
8 mart

Selta – Leqanes 2:1
Qollar:
Minqesa, 26. A.Qonsales, 45+1 – Rozye, 19.

Alaves – Vilyarreal 1:0
Qol:
M.Sançes, 11.

Valensiya – Valyadolid 2:1
Qollar:
D.Lopes, 7. U.Sadiq, 58 – Latasa, 40.

Barselona – Osasuna matçı təxirə salınıb

9 mart

17:00. Xetafe – Atletiko
19:15. Real – Rayo Valyekano
21:30. Atletik – Malyorka
21:30. Betis – Las Palmas
00:00. Real Sosyedad – Sevilya

10 mart

00:00. Espanyol – Jirona

Seçilən
22
fanat.az

1Mənbələr