Xulo Bələdiyyəsinin Xixadziri kəndində gənc oğlanın meyiti tapılıb.
News24.az xəbər verir ki, bu barədə "Ajara Times" məlumat yayıb.
Məlumata görə, meyitin bədənində hər hansı xəsarət olub-olmaması hələlik məlum deyil.
Daxili İşlər Nazirliyi bildirib ki, hələlik istintaqın hansı maddə ilə başladığını söyləmək mümkün deyil.