"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib.
hakimiyyet.az "Athletic"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümdə də "Real Madrid"i çalışdırmağa davam etmək istəyir. Qeyd olunub ki, məşqçi Madrid təmsilçisindəki gələcəyini La Liqa və ya Çempionlar Liqasını qazanmaqla təmin edə bilər.
65 yaşlı mütəxəssisin "Kral" klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Real Madrid"in Ançelottinin potensial əvəzləyicisi kimi hazırda "Bayer Leverkuzen"ə başçılıq edən Xabi Alonsonu nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.