Bu gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 313 turnirində orta çəki döyüşçüləri – erməni idmançı Armen Petrosyan və braziliyalı Brunno Ferreira qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, turnirin ilkin mərhələsində baş tutan bu döyüş ikinci raundda Ferreiranın boğma fəndi ilə qələbə qazanması ilə başa çatıb.
34 yaşlı Armen Petrosyan 2022-ci ildən UFC-də mübarizə aparır. Bu məğlubiyyət onun ardıcıl üçüncü uğursuzluğu oldu. O, fevral ayında UFC Fight Night 236-da braziliyalı Rudolf Vieyraya boğma fəndi ilə uduzmuş, oktyabrda isə UFC 308-də rusiyalı Şarabutdin Maqomedova nokautla məğlub olmuşdu.
32 yaşlı Brunno Ferreira üçün Petrosyanla döyüş UFC karyerasında altıncı qarşılaşma oldu. Braziliyalı döyüşçü UFC-də üçüncü qələbəsini qazandı. Həmçinin onun iki məğlubiyyəti var.
Döyüşün görüntülərini təqdim edirik: