AZ

Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı - İƏT-in əsas prioritetidir (ÖZƏL)

Bakı. Trend:

Şərq-Qərb nəqliyyat dəhlizinin (Trans-Asiya dəmir yolu) inkişafıİqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üçün prioritet məsələdir.

Bunu Trend-əİƏT baş katibi Əsəd Məcid Xan özəl müsahibəsində deyib.

“Bu dəhliz Fars körfəzinin limanlarını Mərkəzi Asiya iləbirləşdirir ki, bu da ŞƏrqlə Qərb arasında ticarətin inkişafınavasitəçilik edir. Bu dəhlizin vacib hissəsi Pakistan, İran vəTürkiyə arasında əlaqələrin və ticarətin möhkəmlənməsinə şəraityaradan İslamabad-Tehran-İstanbul dəmiryolu-avtomobil marşrutudur.Sözügedən marşrut malların daha tez, ucuz və etibarlı şəkildədaşınmasına şərait yaradır”,-deyə o bildirib.

Xan qeyd edir ki, Şimal-Cənub nəqliyyat dəhlizi İƏT-nin inkişafüçün prioritet istiqamətlərindən biridir.

“Bu marşrut Mərkəzi Asiya ölkələrini Fars körfəzi limanları iləbirləşdirir, şimal və cənub regionaları arasında münasibətləriyaxşılaşdırır. Bu dəhlizin inkişafı üzv-dövlətlər arasında ticarətəlaqələrinin və iqtisadi münasibətlərin yaxşılaşmasınaistiqamətlənib”, -deyə o bildirib.

Baş katib bildirib ki, İƏT regional bağlılığı yaxşılaşdırmaq vəittifaqın üzv dövlətləri arasında ticarətə vasitəçilik məqsədilə buvacib nəqliyyat dəhlizlərini aktiv şəkildə inkişaf etdirir vətəkmilləşdirir. Bu təşəbbüslər iqtisadi inteqrasiyanıngücləndirilməsi və regionda davamlı inkişafın dəstəklənməsinəhədəflənib.

“Asiya və Avropa arasında İƏT regionunun strateji mövqeyininəzərə alaraq, sərhədsiz nəqliyyat şəbəkələrinə ehtiyac var,ələlxüsus da dənizə çıxışı olmayan ölkələrin, coğrafiçətinliklərini aradan qaldırmaq və onların iqtisadi potensialınımüəyyənləşdirə bilmək üçün”, -deyə o bildirib.

Xan həmçinin əlavə edib ki, İƏT katibliyinin təşəbbüsü iləregional nəqliyyat dəhlizlərinin və sərhədyanı keçidlərin üzəçıxarılması və möhkəmləndirilməsinə yönəlmiş tədqiqatlar başladıb.Bu tədqiqatların nəticələrinin sərhədyanı ticarətin yaxşılaşması vəİƏT regionunda dayanıqlı iqtisadi artıma dəstək üçün təməl olacağıgözlənilir.

“İƏT, üzv ölkələri bir-birilə və xarici dünya ilə əlaqələndirənnəqliyyat və kommunikasiya infrastrukturunun inkişafına fokuslanıb.Bu, müasir nəqliyyat infrastrukturunun qurulmasını, təhlükəsiztranssərhəd tranziti, rəqəmsal prosedurların tətbiqini vəinteqrasiya olunmuş avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatışəbəkələrinin inkişafını ehtiva edir” – deyə Xan vurğulayıb.

Seçilən
31
2
az.trend.az

3Mənbələr