AZ

Dövlət İmtahan Mərkəzi bu gün dövlət qulluğu üzrə test imtahanları keçirir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğu vəzifələrininA növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları,həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarıüzrə test imtahanları keçirəcək.

Trend xəbər verirki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində, elektron formada,kompüterlər vasitəsilə iki növbə olaraq təşkil olunacaq.

İmtahan saat 11:00-da və 16:00-da başlayacaq. Namizədlər imtahanyerinə müvafiq olaraq saat 10:45-dən və 15:45-dən əvvəlgəlməlidirlər, digər hallarda imtahana buraxılmayacaqlar.

Qeydiyyat 2025-ci ilin fevralın 5-dən 25-dək aparılıb vəümumilikdə 1716 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirak etməküçün namizədlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internetsaytından çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsinigətirməlidirlər. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahanrəhbəri, 10 imtahan rəhbəri, 113 nəzarətçi və 6 buraxılış rejimiəməkdaşı ayrılıb.

Seçilən
38
36
az.trend.az

10Mənbələr