AZ

Lerik və Yardımlıda zəlzələ olub - YENİLƏNİB

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ Yardımlı və Lerikdə hiss edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

08:22

Lerik rayonunda saat 07:49-da zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Yardımlı stansiyasından 11 kilometr cənub-şərqdə qeydə alınana zəlzələ 4 maqnitudalı olub. Zəlzələ ocağı Yerin 15 kilometr dərinliyində yerləşib.

Seçilən
24
11
azertag.az

10Mənbələr