AZ

Premyer Liqa: “Şamaxı” “Sabah”a, “Zirə” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Şamaxıda keçiriləcək. Burada “Şamaxı” “Sabah”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyunu Cavid Cəlilov idarə edəcək. Ötən tur “Səbail”ə qalib gəlmiş əyalət təmsilçisi bu uğurun davamını gətirməyə çalışacaq. Ayxan Abbasovun komandası hazırda 24 xalla 7-ci pillədə qərarlaşıb. 34 xalla 5-ci olan, son üç turda ardıcıl heç-heçələrlə kifayətlənən “Sabah” isə qələbə həsrətinə Şamaxıda son qoymağa çalışacaq.

Bu, “Şamaxı” ilə “Sabah”ın 21-ci çempionat qarşılaşması olacaq. Əvvəlki 20 oyunda əyalət təmsilçisi 7, paytaxt klubu 6 qələbə qazanıb, 7 görüş bərabərliklə yekunlaşıb. “Sabah” son 9 görüşdə bu rəqibinə qol vurub. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.

Günün digər matçı “Zirə” ilə “Səbail” arasında keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. Ardıcıl üç oyundur qələbə qazanan, hazırda 48 xalla ikinci olan “Zirə” uğurlu seriyasını davam etdirməyə çalışacaq. Beş oyundur (kubok matçlarını da nəzərə alsaq, yeddi oyun) qələbə üzünə həsrət qalmış, 18 xalla sonuncu pillədə qərarlaşmış “Səbail” isə Zirədə uğursuz gedişata son qoymaq arzusundadır.

Bu, “Zirə” ilə “Səbail”in yubiley – 30-cu çempionat görüşü olacaq. Əvvəlki 29 oyunda zirəlilər 19 qələbəyə seviniblər, 4 oyun “Səbail”in xeyrinə yekunlaşıb. 6 qarşılaşmada isə qalib müəyyənləşməyib. “Səbail” son 7 oyunda qələbə qazanmayıb. “Zirə” son 3 matda qalib gəlib.

Premyer Liqa
26-cı tur

8 mart

“Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

9 mart

“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

10 mart

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Neftçi Arena”, 19:30

Seçilən
32
2
arena.az

3Mənbələr