AZ

Həmyerlimiz UFC-də məğlub oldu

Bu gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 313 turnirində yüngül çəkidə baş verən əsas döyüşdə həmyerlimiz Rafael Fiziyev və Ceyson Qeyci qarşı-qarşıya gəldi.

Offsideplus.az xəbər verir ki, döyüş son dərəcə gərgin keçdi. Fiziyev döyüşün əvvəlində yaxşı performans göstərərək Qeyci ilə bərabər mübarizə aparsa da, rəqibi sonrakı raundlarda üstünlük qazandı. İkinci və üçüncü raundlarda Qeyci daha çox zərbə endirərək hakimlərin qərarını öz lehinə dəyişdi.

Üçüncü raundun sonunda hakimlər bütün döyüşü qiymətləndirərək Ceyson Qeyci'nin qalib olduğunu bildirdilər. Beləliklə, Rafael Fiziyev döyüşü hakimlərin yekdil qərarı ilə məğlub olaraq başa vurdu.

Qeyd edək ki, döyüşçülər 2023-ü ildə UFC286 turnirində də qarşılaşmışdılar. Həmin görüşün nəticəsində də qalib tərəf amerikalı döyüşçü olmuşdu.

Seçilən
16
offsideplus.az

1Mənbələr