Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC 313 turniri çərçivəsində növbəti döyüşünü keçirib.
İdman.biz xəbər verir ki, UFC-nin reytinqində yüngül çəkidə 11-ci olan Fiziyev ABŞ-nin Las Veqas şəhərində yerli idmançı Castin Qeydji ilə qarşılaşıb.
Turnirin ikinci əsas döyüşündə azərbaycanlı döyüşçü amerikalı rəqibinə məğlub olub. Yüngül çəkidə cavab görüşü üç raund davam edib və 29:28, 29:28, 29:28 hesabı ilə başa çatıb.
Bu, 32 yaşlı Fiziyevin UFC-də 10-cu döyüşü olub. Onun hesabında 6 qələbə və 4 məğlubiyyət var. Dünya reytinqinin 3-cüsü olan Castin isə 13 qarşılaşmada 9 qələbə qazanıb və 5 dəfə uduzub.
Qeyd edək ki, Rafael UFC-də 2019-cu ildə debüt edib.
İdman.biz