Dünya tennis tarixinin ən yaxşı nümayəndələrindən biri Novak Cokoviç sensasion məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, serb idmançı ABŞ-da təşkil olunan Indian Wells Open-də elə ilk mərhələdə uduzub.
O, reytinq cədvəlində 85-ci yeri tutan niderlandlı Botik van de Zandspulhla bacarmayıb - 2:6; 6:3; 1:6. Bu, 2018-ci ildən bəri Cokoviçin ardıcıl 3 oyunda məğlubiyyət acısı daddığı ilk hal olub.
37 yaşlı tennisçi bundan öncə Avstraliyada keçirilən "Böyük Dəbilqə"nin finalında Aleksandr Zverevə (birinci setdən sonra zədə səbəbindən) və Qətərdə təşkil olunan yarışda Matteo Berrettiniyə təslim olub.