AZ

Fiziyev Qeyciyə məğlub oldu

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev "UFC-313" turnirinin növbəti döyüşünü keçirib.

hakimiyyet.az xəbər verir ki, 32 yaşlı idmançı "UFC 313" qarışıq döyüş növləri üzrə turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28

Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.

Seçilən
13
21
hakimiyyet.az

10Mənbələr