Misli Premyer Liqasının XXVI turu çərçivəsində bu gün “Zırə” öz meydanında “Səbail”lə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, saat 17:30-da başlayacaq matça hər iki komanda itkilərlə çıxacaq.
“Zirə”nin heyətində Yusuf Laval və Ceyhun Nuriyev zədə səbəbindən bu oyunu buraxmalı olacaq. Əvəzində Rafael Utziq sıraya dönüb və “dənizçilər”lə görüşdə Rəşad Sadıqovun sərəncamında olacaq.
Turnie cədvəlinin son pilləsində qərarlaşan “Səbail”in heyətində cəzalı futbolçu yoxdu. Bayıl klubunun heyətində Qorka Laruçça, Cabir Əmirli və Ayman Bouali zədə səbəbindən Zirəyə aparılmayacaq.